Professor: “Yenidən qapanmaya gedə bilərik”

SOSİAL 22 iyn 2021, 08:43
Xeyli mübarizədən sonra Azərbaycanda COVİD-19-la bağlı vəziyyət, nəhayət, stabilləşib. Əlbəttə, bu, sevindiricidir. Axır ki, rahat nəfəs ala bilirik. "Kefimizə soğan doğrayan" isə dünyada sürətlə yayılan və artıq Rusiyanı ağuşuna alan Hindistan ştammıdır. Biz də əvvəlki günlərə yenidən qayıdacağıq?

Demokrat.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla bu barədə danışıb:

"Düzdür, hazırda epidemioloji vəziyyət stabildir. Bu, xeyli insanın xəstələnməsi və vaksin olunması ilə əlaqədardır. Amma arxayınlaşmamalıyıq. Sürprizlər ola bilər. Dünyada "Delta" ştammı yayılır. Hətta "Delta+"la bağlı da müxtəlif iddialar var. Vəziyyət pisləşsə, yenidən qapanmaya gedə bilərik. Odur ki, diqqətli, ehtiyatlı olmalı, peyvəndləmə prosesinə loyal yanaşmalıyıq".(sherg.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top