Polis xidməti silahla özünü güllələdi

HADİSƏ 21 iyn 2021, 20:03
Balakən Rayon Polis Şöbəsinin əməkdaşı xidməti silahla özünü vuraraq intihar edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Demokrat.az-a bildirilib ki, hadisə iyunun 21-i saat 19 radələrində baş verib.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş ximdəti silahla özünə atəş açaraq intihar edib.

Hazırda faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top