Operativ Qərargahdan toylarla bağlı AÇIQLAMA

SOSİAL 21 iyn 2021, 16:44
Azərbaycanda koronavirus infeksiyasının son günlər azalması səbəbindən xüsusi karantin rejimi çərçivəsində toyla bağlı məhdudiyyətin ləğv ediləcəyi gözlənilir. 

Demokrat.az xəbər verir ki, dövlət qurumundakı mənbədən verilən məlumata görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yaxın günlərdə qərar verəcək. 

Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqə saxladıq. 

“Bu barədə açıqlama verməyə hazır deyiləm. İndi məndə yaxın günlərdə brifinqin keçiriləcəyi və toylara icazənin verilməsi ilə bağlı məlumat yoxdur”,-deyə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.(bakıvaxtı.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top