Marqarita Simonyan uşaqlarına “Türkləri öldürün” mahnısını öyrətdi — VİDEO

DÜNYA 21 iyn 2021, 12:47
"Rossiya Seqodnya" və RT telekanalının baş redaktoru Marqarita Simonyan öz Facebook səhifəsində uşaqları - 8 yaşlı Maryana və 7 yaşlı Baqratın erməni millətçi mahnısı olan "Zartnir, lao!"nu ("Oyan, oğlum!") öyrədib.

Demokrat.az xəbər verir ki, videonun alt hissəsində Simonyan "Ermənistandakı bu günkü seçkilərə həsr olunur" sözlərini yazıb.

Ən paradoksal olanı budur ki, Simonyan təkcə erməniləri türklərə qarşı döyüşməyə və öldürməyə çağrıldığı bir faşist mahnısını təkrarlamaqla kifayətlənmir, eyni zamanda terrorçu-daşnak Arabonun (Arakel Mxitaryan) imicini tərifləyir, öz uşaqlarını etnik düşmənçilik ruhunda böyüdür, bütün erməni uşaqlarını etnik zəmində mübarizə aparmağa çağırır. 

Qeyd edək ki, 19-cu əsrin sonunda Arakel Mxitaryan Osmanlı İmperiyasında erməni terror birləşmələrinə rəhbərlik edərək dinc türk kəndlərinə tez-tez silahlı basqınlar törədib.(bizim.media)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top