Nəcməddin Sadıkovun Eldar Əzizovla yaxınlıq iddiaları yalan çıxdı

GÜNDƏM 19 iyn 2021, 17:17
Son günlər Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla yaxın münasibətləri barədə bir sıra internet resurslarında yayılan məlumatlar özünü doğrultmayıb. 

Bununla bağlı Demokrat.az-ın apardığı araşdırma zamanı məlum olub ki, ümumiyyətlə Eldar Əzizovun heç zaman Nəcməddin Sadıkovla şəxsi münasibətləri olmayıb. 

Bakı merinə yaxın şəxslərdən əldə etdiyimiz məlumata görə, bir sıra saytlarda Eldar Əzizovun Nəcməddin Sadıkovla həmyerli və dost olması iddiaları tamamilə yalan və uydurmadır. 

Yayılan iddialarla bağlı yaxın vaxtlarda Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun fikirlərini öyrənməyə çalışacağıq. 


Zaur Hacılı
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top