İranın yeni prezidentinin Azərbaycan və dünya ölkələri ilə bağlı siyasəti: Dəyişən nələr olacaq?

XARİCİ SİYASƏT 19 iyn 2021, 12:45
İranda keçirilən prezident seçkilərində İbrahim Rəisi İslam Respublikasının yeni prezidenti seçilib. Hazırda bir çox siyasətçilər və analitiklər İranın yeni prezidentinin daxili və xarici siyasətdə hansı mövqe sərgiləyəcəyini təxmin etməyə çalışırlar.

Siyasi ekspert Elman Vəliyev KONKRET.az-a açıqlamasında bildirib ki, namizədlər arasında İranın Ali Lideri Xameneiyə ən yaxın şəxs Rəisi idi. Elə bunun özü böyük üstünlük deməkdir. Bundan sonra hadisələrin necə cərəyan edəcəyi haqda isə siyasi şərhçi bunları deyib: “İran Azərbaycanla münasibətləri korlamağın, onun əleyhinə olacağını bilir, amma ehtiyatını da əldən vermir. Yəni ara-sıra göz dağı verən çıxışlarına davam edəcək”.



Ekspert əlavə edib ki, İranın bundan sonra da İsraillə münasibətləri gərginləşən xətt üzrə davam edəcək: “İsrailin yeni baş naziri Bennet Naftalı Qəzzanı yenidən atəş altında saxlayır və Həmas ilə münasibətləri daha da yoxuşa sürükləyir. İran isə öz növbəsində Həmasa dəstək verməyə davam edir. İsrailin bölgədə varlığı İran üçün də təhlükədir və İslam Respublikası bunu yaxşı anlayır. ABŞ-İran əlaqələrinə gəldikdə isə, Bayden rəsmi Tehranla münasibətləri yumşaltmağa meyllidir. Bundan sonra da bu səpkidə davam edəcək”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top