Şagirddən Makrona gözlənilməz sual: “Şillə necə idi?”

DÜNYA 18 iyn 2021, 20:20
Fransa Prezidenti Emmanuel Makron Somme bölgəsinin Poix qəsəbəsində ibtidai məktəbi ziyarət edib.

Demokrat.az “Haber Global”a istinadən məlumat verir ki, uşaqlarla söhbəti zamanı onlardan biri Makronu çağıraraq, “Sizə vurulan şillə necə idi?”, - deyə soruşub.

“Xoş bir şey deyild. iOnun etdiyi hərəkət səhv idi”, - deyə Makron məktəblinin sualına gülümsəyərək cavab verib.

Xatırladaq ki, Drom regionuna səfəri zamanı kütlə arasında olan Dmyen Tarel adlı şəxs Makrona etiraz edərək şillə vurduğuna görə dörd ay müddətinə azadlıqdan məhrum edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top