"Van Dammın oğlunun toyuna dəvət gəlsə, məmnuniyyətlə iştirak edərəm" — Bilal Əliyev

ŞOU-BİZNES 18 iyn 2021, 14:33
“Hər insan özü sevir, özü seçir. İnsan azad varlıqdır, kim kiminlə istəsə evlənə bilər. Bu məsələ çox gündəmə gətirildi. İnsanlar bir-birlərini sevib ailə qurublar. Fərqli millətdən olmaları bunu qəribələşdirmir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Xalq artisti, müğənni Bilal Əliyev dünyaca tanınmış kino ulduzu Jan Klod Van Dammın oğlu Kris Van Dammın azərbaycanlı musiqiçi Suada Hacızadə ilə ailə qurması barədə danışarkən deyib:

“Azərbaycanlı xanımların əcnəbi bəylərlə ailə qurması normaldır, belə hallar tez-tez yaşanır. Bunu normal qarşılamaq lazımdır. Burada qəribə heç nə yoxdur”.

Xalq artisti cütlüyün toyunda da iştirak edə biləcəyini də vurğulayıb:

“Ataların bir sözü var, sayılan yerdə ərinmə, sayılmayan yerdə görünmə. Cütlüyün toyuna dəvət gəlsə, məmnuniyyətlə iştirak edərəm. Bir neçə mahnı oxuyub, onları xoş gün münasibətilə təbrik etmək istəyərəm”.

Aygül Qarayeva
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top