Əlillik hansı hallarda həmişəlik təyin olunacaq? — Meyar açıqlandı

SOSİAL 18 iyn 2021, 10:45
Müddət müəyyənləşdirilməklə təyin olunmuş insan orqanizminin funksiyalarının itirilməsi 31-60% aralığında ardıcıl olaraq 15 il, 61-80% aralığında ardıcıl olaraq 10 il və 81-100% aralığında ardıcıl olaraq 4 il müddətindən sonra müddətsiz təyin olunacaq.

Bu, “Əlilliyin müəyyən olunması Meyarları”nda əksini tapıb.

Qeyd olunub ki, bu Meyarların təsdiq edildiyi günədək əlillik təyin edilmiş şəxslərin əlillik müddətləri yuxarıda qeyd edilmiş müddətlərə daxil edilir.

İnsan orqanizminin funksiyalarının sabit pozuntusunun ağırlıq dərəcəsindən asılı olmayaraq, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarla müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin ediləcək.

Qeyd edək ki, Nazirlər Kabineti “Əlilliyin müəyyən olunması Meyarları”nı təsdiqlədikdən sonra “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ləğv ediləcək.(apa.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top