Nura Surinin oğlu qəzaya düşdü — VİDEO


ŞOU-BİZNES 18 iyn 2021, 10:01
Müğənni Nura Surinin oğlu Xosrov qəzaya düşüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl ABŞ-ın Kaliforniya ştatının Beykersfild şəhərində baş verib.

O, San-Fransiskodan Los-Ancelesə gələrkən qəza törədib. Belə ki, dostunun avtomobilinin sükanı arxasında əyləşən 25 yaşlı Xosrov idarəetməni itirib, nəticədə maşın beş dəfə dövrə vurub. Qəza zamanı onun ağciyəri zədələnib, beyin travması alıb. Həkimlərin səyi nəticəsində sənətçinin oğlunun həyatını xilas etmək mümkün olub. 



N. Suri məlumatı “Qafqazinfo”ya təsdiqləyib. İfaçı övladının möcüzəvi şəkildə həyatda qaldığını bildirib: “Bir ay dincəlməlidir. Şükürlər olsun, həkimlər vaxtında müdaxilə edib. Allah onu qoruyub. Hazırda vəziyyəti yaxşıdır”.

Qeyd edək ki, Xosrov uzun illərdir ABŞ-da yaşayır. O, “Amazon” şirkəti ilə uzun illər əməkdaşlıq edib, hazırda peşəkar kikboksinqlə məşğuldur, eyni zamanda “Delivery guys” şirkətinin rəhbəridir.

 









Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top