Qubada külək yaşayış məntəqələrini işıqsız qoydu

HADİSƏ 17 iyn 2021, 22:49
Qubada güclü külək elektrik enerjisinin verilişində fasilələrə səbəb olub.

Demokrat.az “Report”a istinadən xəbər verir ki, rayon ərazisində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Qonaqkənd, Alpan, Alekseyevka və İqriq kəndlərində yüksək gərginlikli elektrik xətlərində enerjinin verilməsində məhdudiyyətlər olub.

Hazırda İqriq kəndində problemin aradan qaldırılması işləri aparılır, digər xətlərdə problemlər aradan qaldırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top