Şəhriyar Məmmədyarovun qazancı bəlli oldu

İDMAN 17 iyn 2021, 15:26
Rumıniyanın paytaxtı Buxarestdəki "Superbet Chess Classic"in qalibi olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun turnirdəki qazancı bəlli olub.

Demokrat.az xəbər verir ki, 36 yaşlı qrossmeyster 90 min ABŞ dolları əldə edib.

6-cı yeri tutan Teymur Rəcəbov isə 22 min 500 dollar qazanıb.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Superbet Chess Classic"in sonuncu - IX turunda Maksim Vaşye-Laqravla heç-heçə edərək xallarının sayını 6-ya çatdırıb və çempion olub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top