Vətən müharibəsi qazisi vəfat etdi

QARABAĞ 16 iyn 2021, 15:52
Vətən müharibəsi döyüşlərində yaralanan və 12 gün əvvəl komaya düşən Zeynal Fizuli oğlu Şahhüseynov dünyasını dəyişib.

Bu barədə “Report”a mərhumun ailə üzvləri məlumat verib.

Bildirilib ki, Z.Şahhüseynov 44 günlük Vətən müharibəsi zamanı kəllə-beyin travması alıb:

“Müharibədən sonra Zeynal bir neçə dəfə müalicə olunub. 12 gün öncə komaya düşdü, daha sonra onu Bakıya - Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiridik. O, bu gün xəstəxanada dünyasını dəyişdi”.

Z.Şahhüseynovun ailə üzvlərinin sözlərinə görə, mərhum Masallı şəhər qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Z.Şahhüseynov Vətən müharibəsi başlayan gündən döyüşlərə qatılıb. O, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə yaralanıb və hospitala yerləşdirilib.

Z.Şahhüseynov ailəli idi, azyaşlı qızı əmanət qalıb.

Allah rəhmət eləsin!



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top