Bakıda çimərliyi insanların üzünə bağladılar — FOTO

SOSİAL 16 iyn 2021, 14:47
Bakı çimərliyi açılar-açılmaz vətəndaşlar üçün müəyyən problemlər yaranıb.

Sosial şəbəkələrdə yazılanlara görə, Bilgəh qəsəbəsində "Daçnikov” çimərliyə gedən girişi vətəndaşlar üçün hasarlanıb.

Çimərliyə giriş yol dəmir arakəsmə ilə bağlanıb.

Bu da haqlı olaraq vətəndaşların narazılığına səbəb olub.

Məsələyə aydınlıq gətirmək üçün Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumdan verilən məlumata görə, bu məsələ araşdırılacaq. Araşdırma aparılandan sonra ətraflı məlumat veriləcək.(baku.ws)



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top