Azərbaycanın bütün uğurları məhz 15 İyun 1993-cü ildən qaynaqlanır — Partiya sədri

DAXİLİ SİYASƏT 15 iyun 2021, 19:50
Çağdaş Azərbaycanın müstəqilliyi və dövlətçiliyi tarixində 15 iyun çox mühüm yer tutur. 1990-cı illərin əvvəllərində Azərbaycan öz müstəqilliyini əldə etsə də, ölkədə çox ağır siyasi proseslər gedirdi. Səriştəsizlik, təcrübəsizlik ucbatından Azərbaycanda hərbi, siyasi və iqtisadi böhran yarandı və  getdikcə dərinləşdi. Belə bir vəziyyətdə Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükə yarandı. Ölkən idarəolunmaz bir vəziyyətə salındı.

Dövrün ölkə rəhbərliyi xalqın iradəsi qarşısında məcbur olub Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Məhz xalqın və Azərbaycanın müstəqilliyini istəyən, dövlətçiliyinə sadiq olan insanların ciddi fəaliyyəti ilə Ulu Öndərimiz hakimiyyətə gəldi. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı böyük fəlakətlərdən, faciələrdən qurtardı. Ulu Öndərin hakimiyyətə qayıdışı, haqlı olaraq Milli Qurtuluş Günü kimi tariximizə düşdü.

Bu gün beynəlxalq aləmdə böyük nüfuz sahibi və bölgədə lider dövlət olan Azərbaycanın bütün uğurları məhz 15 İyun 1993 - cü ildən qaynaqlanır.

Ulu Öndərimizin böyük fədakarlığı hesabına yaradılan müasir, müstəqil Azərbaycan dövləti Cənab Prezident İlham Əliyevin gərgin əməyi, qətiyyətli iradəsi və tükənməyən enerjisi və potensialı ilə daha yüksək zirvələr fəth etdi. 44 günlük erməni faşizmi üzərindəki tarixi qələbəmiz də məhz Ulu Öndərimizin yaratmış olduğu dövlətin məntiqinə söykənir. Bu gün Ülu Öndərimizin ruhu şaddır. Çünki onun arzu etdiyi günləri yaşamaqdayıq. Onun vəsiətləri bütün sahələrdə yerinə yetirildiyi kimi işğala məruz qalmış torpaqlarımızın azad edilməsində də öz əksini tapdı. 

Ruhun şad olsun, ULU ÖNDƏR! 

Fəzail Ağamalı, 
Millət Vəkili, 
Ana Vətən Partiyasının sədri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top