İlham Əliyev: "Birgə Bəyannamə əlaqələrimizi, münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır"

XARİCİ SİYASƏT 15 iyn 2021, 17:36
“Bu gün imzalanmış Müttəfiqlik haqqında Birgə Bəyannamə əlaqələrimizi, münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir. Bu ad öz-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Bu gün biz keyfiyyətcə yeni əlaqələr qurmuşuq. Və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır”.

Demokrat.az xəbər verir ki, bunu Şuşada Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri - Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb”, - Prezident vurğulayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top