Paşinyanın partiya yoldaşlarıyla tərəfdarları arasında dava — VİDEO

DÜNYA 14 iyn 2021, 23:18
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Çiçəklənən Ermənistan” partiyasının qərargah əməkdaşları ilə onun tərəfdarları arasında dava düşüb.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

İnsident Paşinyan tərəfdarlarının Yerevanın Malatiya-Sebastiya rayonundakı yürüşü zamanı baş verib.

Əlbəyaxa dava sadə mübahisə ilə başlayıb, daha sonra tərəflər yumruq döyüşünə çıxıblar. Qarşıdurmaya polis əməkdaşları müdaxilə edərək “döyüş iştirakçılarını” ayırıblar.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top