Abşeronda "Son zəng" qeyd olundu — FOTOLAR

SOSİAL 14 iyn 2021, 15:39
Ölkəmizin hər yerində olduğu kimi Abşeron rayonunda fəaliyyət göstərən tam orta məktəblərdə də “Son zəng” tədbirləri keçirilib. 

Demokrat.az xəbər verir ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Xırdalan şəhər 4 saylı tam orta məktəbdə düzənlənən “Son zəng” tədbirinə qatılıb, məzunları və pedaqoji kollektivi təbrik edib.

Dövlət himninin möhtəşəm sədaları ilə açıq elan edilən tədbirdə müəllimlər, məzunlar və onların valideynləri duyğulu anlar yaşayıblar. Unudulmaz günün hərarətinə toplaşanlar arasından müəllimlər məzunlara könül dolusu uğurlar arzulayıb, sentyabrda məktəbə gedəcək, sinif otaqlarına ilk kövrək addımlarını atacaq birincilərə uğurlar arzulayıblar.

Məktəbin drektoru Zəminə bildirib ki, təhsilin səviyyəsinin gündən-günə yüksəldilməsi, məktəb islahatının vüsət alması uşaqların elmi biliklərə layiqincə yiyələnməsinə zəmin yaradır.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova çıxış edərək qeyd edib ki, ölkəmizdə gedən hərtərəfli inkişaf təhsil sahəsinin də maddi-texniki bazasının gücləndirilməsinə səbəb olub. O bildirib ki, hər bir sahəyə olduğu kimi, təhsil sferasına da Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı daim artır. Məzunlarımız onlara dövlət səviyyəsində göstərilən diqqətə, qayğıya, müasir tələblərə cavab verən təhsil şəraitinə ali məktəblərə uğurlu imtahan verməklə, əsl vətəndaş kimi yetişməklə cavab verəcəklər.

İ.Gülməmmədova onu da qeyd edib ki, Abşeron rayonunda da təhsil sahəsinə xüsusi önəm verilir, nəticədə şagirdlər hər il yeni-yeni müvəffəqiyyətlərə imza atırlar.

Sonda meydan al-əlvan geyinmiş məzunların ixtiyarına verilib. Birincilər məzunları təbrik edib. "Son zəng" səslənib. Sehirli "Bilik açarı"nı şagirdlərə verən məzunlar məktəbə əlvida deyiblər.

Bir 1 nəfər, standing və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 1 nəfər, standing və açıq Havada şəkili ola bilər

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top