Türkiyə səfiri Cıdır düzündə: "Azad Qarabağın havası ilə nəfəs aldıq" — FOTO

XARİCİ SİYASƏT 13 iyn 2021, 20:22
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı işğaldan azad edilən Şuşa şəhərində olub.

Demokrat.az-ın məlumatına görə, bu barədə səfir özünün tvitter səhifəsində paylaşım edib.

Səfir Şuşaya səfəri çərçivəsində Cıdır düzündə də olub.

“Cənab Prezidentimizin səfərindən öncə təhlillər üçün Şuşadayıq. Bu gün azad Qarabağın havası ilə nəfəs aldıq. Görərək və yaşayaraq deyirik ki, Şuşa Qarabağın ürəyi və Azərbaycanın tacıdır. Qarabağ Azərbaycandır!”, - səfir qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top