Zaqatalada qaldırıcı kran gənci vuraraq öldürdü

HADİSƏ 13 iyn 2021, 12:09
Zaqatalada qaldırıcı kran kənd sakininin ölümünə səbəb olub

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Göyəm kəndində baş verib.

Belə ki, kənd sakini Nazim Nail oğlu Bayramov qaldırıcı kranı idarə edərkən arxa tərəfdə olan həmkəndlisi, 1992-ci il təvəllüdlü Şəmsəddin Məhəmməd oğlu İgidovu vurub. Ş.İgidov aldığı ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top