17 yaşlı iş yoldaşını qətlə yetirdi

KRİMİNAL 12 iyn 2021, 13:29
Biləsuvarda qətl hadisəsi törədilib. 

Demokrat.az xəbər verir ki, hadisə rayonun Ağayrı kəndinin ərazisində baş verib.

Belə ki, tarlada bir yerdə işləyən gənclər arasında mübahisə yaranıb. Bu səhər bir maşında işləməyə yola çıxan, Biləsuvar şəhər sakini, 1998-ci il təvəllüdlü Fərəcli Məhəmməd Füzuli oğlu rayonun Ağayrı kənd sakini, 2004-cü il təvəllüdlü Abıyev Sadiq Namiq oğluna ağır bıçaq xəsarəti yetirib. 

Yaralı rayon xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Həmçinin bir maşında olan Ağayrı kənd sakini, 2005-ci il təvəllüdlü Rüstəmov Nurlan Rüstəm oğlu qolundan bıçaq xəsarəti alıb.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda cinayət işi açılıb.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top