AVRO-2020-nin açılış mərasimi oldu — FOTO

İDMAN 11 iyn 2021, 23:00
AVRO-2020-nin açılış mərasimi keçirilib.

Futbol üzrə Avropa çempionatının açılış matçı olan Türkiyə – İtaliya matçından əvvəl Roma Olimpiya Stadionunda veteran futbolçular – Françesko Totti və Alessandro Nesta azarkeşləri salamlayıb.

Daha sonra stadiona iştirakçı 24 ölkənin bayrağı olan simvolik toplar gətirilib. Bədii görüntülərdən sonra italyan tenor, müğənni Andrea Boçelli məşhur ifalarından olan “Nessun Dorma”nı səsləndirib. Bu mahnı daha əvvəl 1990-cı ilin dünya çempionatı zamanı Lusiano Pavarotti tərəfindən oxunub.

Tamaşaçılar sonda turnirin rəsmi mahnısı kimi isə İrlandiyadan olan rok qrupu Bononun ifasında “We are the people” (“Biz insanıq”) mahnısını dinləyib.






Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top