Jurnalist Şahin Rzayev Ermənistanın Bakıdakı ruporu rolunda...

TƏHLİL 10 iyn 2021, 16:25
“Vətənini rüsvay etmək, ona xəyanət etmək deməkdir”.

Formula 1 yarışlarını başa vuran Azərbaycanın futbol üzrə Avropa çempionatın dörd oyuna hazırlaşdığı bu günlərdə Vətənə xəyanət edənlərimiz də boy göstərirlər. Təəssüf doğurur, amma həqiqətdir. Jurnalist Şahin Rzayevin “Nezavisimaya qazeta” nəşrində yayımlanan məqaləsi belə acı həqiqətlərdən biridir. 

Ən dəhşətlisi isə bu fəaliyyətlərin Ermənistanın, erməni diasporu və lobbisinin Azərbaycana qarşı hücumları ilə sinxron olmasıdır. 

Şahin Rzayev məqalədə irəli sürdüyü iddialara nəzər yetirmək gerçək məqsədi anlamağa imkan verir.

- Formula 1 və Avropa çempionatının oyunlarının Qarabağ münaqişəsi fonunda keçirilir.

- Azərbaycan UEFA-nı “rüşvətlə ələ alıb”, Türkiyə millisinin oyunlarının Bakıda keçirməsi də bunun nəticəsidir.

- 2019-cu ildə Avroliqanın final oyunun Bakıda keçirilməsi zamanı “Arsenal”ın oyunçusu Henrix Mxitaryan gəlməkdən imtina etdi, onun təhlükəsizliyinə zəmanət verilmişdi, lakin “Arsenal” azarkeşlərindən biri Mxitaryanın formasını geyindiyi üçün polislər tərəfindən saxlanıldı.

- II Qarabağ müharibəsində “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov erməniləri öldürməyə çağırmışdı.

- Rusiya komandası pley-ofa çıxacaqsa və Bakıda oynayacaqsa, ona qarşı mənfi münasibət ola bilər və sairə.



Sual yaranır, belə bir məqaləni və iddiaları azərbaycanlı yazıb, yoxsa?

Birinci iddiada məkrli yanaşma var. Müəllif iddia edir ki, oyunlar Qarabağ münaqişəsi fonunda keçirilir. Halbuki, münaqişə artıq başa çatıb, bunu rəsmi Bakı da, “Nezavismaya qəzeta”nın nəşr olunduğu ölkə də - Rusiya da bəyan ediblər. Münaqişənin bitmədiyini yalnız Ermənistan və Qərb ölkələrindəki erməni diasporu və lobbisi iddia edir. 

Şahin Mirzəyev isə bununla ermənilərin tezisini təkrarlayır.

İkinci iddia ermənilərin və anti-Azərbaycan dairələrin ölkəmizə qarşı uzun müddətdir apardığı qarayaxma kampaniyasının əsas istiqamətidir. Beynəlxalq idman yarışlarının Bakıda keçirilməsi və Azərbaycanın nüfuzunun dünyada güclənməsindən narahat olan dairələr məhz “rüşvət” iddialarını gündəmə gətirir, UEFA-nın da adını hallandırırlar. Türkiyə millisinin oyunlarını Bakıda keçirməsindən də ən çox narahat olan ermənilərdir. 



Bəs Şahin Rzayevi nə narahat edir? 

Üçüncü iddia Avroliqanın Bakıda keçirilən finalı zamanı ermənilərin bütün dünyada Azərbaycana qarşı apardığı hücum kampaniyasının tərkib hissəsi idi. Əslində Azərbaycan dövləti və UEFA Henrix Mxitaryanın təhlükəsizliyinə tam zəmanət versə də, erməni diasporu və lobbisi Mxitaryanla danışıqlar apararaq, Bakı gəlişinin qarşısını aldılar və bundan genişçaplı qarayaxma kampaniyası üçün istifadə etdilər. Həmin vaxt “Arsenal” azarkeşinin Mxitaryanın forması ilə Bakı küçələrində gəzməsin də eyni şəbəkənin təxribatı idi. Azərbaycan polisi məhz təxribatın qarşısını almaq, Mxitaryan forması ilə gəzən azarkeşin təhlükəsizliyini təmin etmək üçün saxlamışdı. Ermənilər bunu əllərində bayraq edərək, “Mxitaryanın təhlükəsizliyinə zəmanət verdiyini deyən Azərbaycan dövləti onun forması ilə gəzən azarkeşi həbs etdi” təbliğatını apardı. 

Sual yaranır, Şahin Rzayev kimə işləyir?

Dördüncü iddia da 44 günlük müharibədə dünya erməniliyinin Azərbaycana qarşı hücumunun elementlərindən biri idi. Söhbət “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun erməni hərbi birləşmələrinin Gəncəyə, Bərdəyə raket atması, müharibə cinayəti törətməsdi qarşısında verdiyi emosional açıqlamadan gedir. Nurlan İbrahimov buna görə “cəzalandırıldı”, amma müharibə cinayəti törədən Ermənistan hələ də cəzalandırılmayıb. 



Şahin Rzayev niyə bundan danışmır?

Şahin Rzayev bu məsələni yenidən gündəmə gətirməklə ermənilərin “azərbaycanlılar barbardır” kampaniyasını davam etdirir.

Beşinci iddiaya gəlincə, bu da ermənilərin Azərbaycan-Rusiya münasibətlərini pozmağa hesablanan məkrli təbliğatlarının tərkib hissəsidir. Şahin Rzayev də eyni təbliğata alət olmaqdan çəkinmir.

Görünür ki, onun üçün Azərbaycan yox, Ermənistan vacibdir. Bunu yazdığı məqalədən də, erməni jurnalisti müdafiə edən statusundan da görmək çətin deyil.

Azərbaycan erməni jurnalist Nobel Arustamyanın Bakıda keçirilən oyunlara akkreditasiya olunmasına icazə vermədi, çünki bu şəxs işğal dövründə Dağlıq Qarabağa qanunsuz səfər edib və adı Azərbaycanın “qara siyahısı”ndadır. Ermənistan və ermənilər bundan Azərbaycana qarşı hücum üçün istifadə edirlər.

Şahin Rzayev də eyni üslubla hücumu davam etdirir və Qarabağa qanunsuz səfər edən erməni jurnalisti müdafiə edir. 

Bunun bir adı var, ermənilik və azərbaycanlı adını daşıyan Şahin Rzayev erməniliyini gizlətmək belə istəmir.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top