Rusiyalı politoloq: “Ermənilər Rusiyaya arxalanaraq buna nail olmağa çalışacaqlar”

QARABAĞ 10 iyn 2021, 13:42
Rusiya Federasiyasının sülhməramlı fəaliyyəti ilə bağlı suallar artıq bu ölkənin mütəxəssisləri tərəfindən də verilir.

Belə ki, rusiyalı politoloq və publisist, tarix elmləri doktoru, Şimali və Şərqi Avropanın Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Sıtin Caliber.Az-a verdiyi açıqlamada fikrini özünəməxsus sərtliklə ifadə edib.

“Mənim mövqeyim birmənalıdır. Rusiya Federasiyası özünün sülhməramlı kontingenti ilə faktiki olaraq Azərbaycanın mütləq qələbəsini əlindən aldı. Moskva, indi Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağın bir hissəsinin ermənilərin olması üçün hər şeyi edəcək. Ermənilər Rusiyaya arxalanaraq buna nail olmağa çalışacaqlar”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top