Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqəyə girən gəncə cinayət işi açıldı

KRİMİNAL 10 iyn 2021, 10:43
Mingəçevir şəhərində yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaq istəyən gəncə cinayət işi açılıb.

Demokrat.az-ın xəbərinə görə, bu, Mingəçevir şəhər sakini Təbriz Şakir oğlu Camalovdur

Təbriz Camalov evlənmək məqsədilə bir qızla cinsi əlaqədə olub.

Bundan sonra onun əməlindən hüquq-mühafizə orqanlarında xəbər tutulub.

Onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan olunub.

Təbriz Camalovun barəsində olan cinayət işi baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Ələkbər Hüseynovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top