Jurnalistlə kobud davranan həkimlər cəzalandırıldı

HADİSƏ 08 iyn 2021, 19:09
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının səlahiyyətli şəxsləri cəzalandırılıb.

TƏBİB-dən Demokrat.az-a verilən məlumata görə, tibb ocağının baş həkimi Eldar Kərimov, travmatoloq Cavid İsmayılov, cərrah Tofiq Balakişiyevə intizam məsuliyyətinə cəlb edilərək töhmət verilib.

"Ümid edirik ki, bir daha tibb işçiləri tərəfindən həkim etikasına yaraşmayan belə davranışlar təkrarlanmayacaq. Vətəndaşlarımızı, eləcə də media təmsilçilərini isə neqativ hallara qarşı mübarizədə birgə fəaliyyətə dəvət edirik. Əminik ki, ictimai qınaq bəhrəsini verəcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, jurnalist Aynur Elgünəş, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında üzləşdiklərindən sonra  "Arayış almaq istəyən əlilin bir günü" müəllif yazısında  bürokratik əngəllərdən və həkimlərin qeyri-etik davranışlarından bəhs edib.
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top