Azərbaycandan İrana 20 məhbusun ekstradisiyası gözlənilir

HADİSƏ 08 iyn 2021, 17:46
Tezliklə Azərbaycanda həbsdə olan 20 iranlı məhbus ölkəsinə ekstradisiya olunacaq.

Bu barədə Modern.az-a İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə, iranlı məhbusların 9-u qadındır və onlar həbsinin qalan hissəsini İranda çəkəcəklər.

Səfirlik bildirir ki, həmin məhbuslar əsasən narkotik vasitələr, Azərbaycana qeyri-qanuni giriş və qanunsuz yaşama ilə əlaqədar cinayətlərə görə həbs olunublar.

İran səfirliyi xoşməramlılığa və əməkdaşlığa görə Azərbaycana təşəkkür edir və qalan məhbusların esktradisiyası üçün məsləhətləşmələrin davam etdiyini bildirir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top