Azərbaycan XİN Pakistana başsağlığı verdi

XARİCİ SİYASƏT 07 iyn 2021, 11:06
Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanda onlarla insanın ölümünə səbəb olan qatar qəzası ilə bağlı başsağlığı verib.

Demokrat.az xəbər verir ki, başsağlığı mətni nazirliyin tvitter səhifəsində yayılıb.

“Pakistanın Qotki rayonunda baş verən ölümcül qatar qəzası ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Həyatını itirmiş 30-dan çox sərnişinin ailəsinə dərin hüzünlə başsağlığı diləyirik. Yaralananların hamısının tez bir zamanda sağalmasını arzulayırıq. Düşüncələrimiz və dualarımız qardaş Pakistanladır”, - başsağlığında vurğulanıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top