Azad olunan ərazilərə ceyranların buraxılacağı vaxt məlum oldu

SOSİAL 07 iyn 2021, 13:29
İşğaldan azad olunan ərazilərə ceyranların buraxılması prosesinin vaxtı məlum olub.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib.

O bildirib ki, ceyranlar həmin ərazilərə sentyabr ayından sonra buraxılacaq: "Hazırda ceyranların balalama mövsümüdür. Ona görə də biz iyun və iyul aylarını gözləmək məcburiyyətindəyik. Balalama mövsümü başa çatandan sonra məlum olacaq ki, ceyranların sayı nə qədərdir və hansı ərazilərə neçə ceyran buraxılacaq. Biz adətən bu prosesi sentyabr ayında həyata keçiririk. Sentyabr ayında artıq məlum olacaq ki, hansı ərazilərə, o cümlədən işğaldan azad olunan yerlərə nə qədər ceyran buraxılacaq".(trend.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top