SOCAR: Rusiyada metanol zavodunun tikintisi planlaşdırılmır

SƏNAYE VƏ ENERGETİKA 05 iyn 2021, 17:18
Hazırda Rusiyada metanol zavodunun inşası Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) layihələrinə daxil deyil.

Demokrat.az xəbər verir ki, bunu SOCAR-ın Rusiyadakı törəmə “Sokar rus” şirkətinin baş direktoru Fərid Cəfərov Rusiya mətbuatına müsahibəsində bildirib.

Onun sözlərinə görə, SOCAR Vısotskda metanol zavodu layihəsinin texniki məsləhətçisi qismində çıxış edib: “Layihə artıq kifayət qədər irəliləmiş mərhələdədir”.

F. Cəfərov deyib ki, metanol zavodunun tikintisi üçün bütün layihə işləri başa çatıb, bu layihənin açar təhvili üzrə reallaşdırılmasına dair danışıqlar aparılır: “Baş podratçı qismində “Hyundai” şirkəti çıxış edir. Hər şey reallaşdırıldıqdan sonra bu, Rusiyada ilk metanol liman zavodu olacaq”.

SOCAR rəsmisi bildirib ki, zavod boru vasitəsilə alacağı təbii qazı metanola emal edərək istehlakçıya göndərəcək.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top