Milli Məclisin deputatları Mövlud Çavuşoğlu ilə görüşəcək


XARİCİ SİYASƏT 05 iyn 2021, 17:05
İyunun 7-də Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılığı ilə işçi qrupunun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyev Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun dəvəti ilə Ankaraya səfərə yola düşəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Demokrat.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan parlamentinin nümayəndələri TBMM-də fəaliyyət göstərən bir sıra komitələrdə deputat həmkarları ilə görüşəcək, fikir və təcrübə mübadiləsi aparacaqlar.

Milli Məclis üzvlərinin Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu, Təhsil naziri Ziya Selçuk, Səhiyyə naziri Fahrettin Koca ilə də görüşləri nəzərdə tutulub. Görüşlərdə qarşılıqlı səfərlərin intensivləşməsi, beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın davam və inkişaf etdirilməsi və digər məsələlər müzakirə olunacaq.

Səfər iyunun 11-də başa çatacaq.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sen 2021, 12:52
Top