Ermənistanda daha bir morqun soyuducusunda hərbçilərin meyitləri saxlanılır

QARABAĞ 03 iyn 2021, 23:53
Ermənistanın Geqarkunik vilayətinin Martuni şəhərindəki morqda da Qarabağda hərbi əməliyyatlar zamanı ölən hərbçilərin meyitlərinin qalıqları soyuduclarda saxlanılır.
 
“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, bunu Martuni morqunun patoloqu Artaş Xaçatryan deyib. O, meyitlərin sayını açıqlamasa da, hazırda ekspertiza aparıldığını deyib.
 
O bildirib ki, bu gün 3 meyitin şəxsiyyəti müəyyən edilib:
 
“Bu rəqəm hər gün artır. Çox sayda meyit var. Sonuncu qalıqlar Abovyan morqundan gətirilib”.
 
Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə Abovyan morqunda erməni hərbçilərin polietilen torbalarda yerə atılmış meyitlərinin görüntüləri yayılıb. Yayılan görüntülərin həqiqiliyini ölkənin səhiyyə naziri vəzifəsini icra edən Anait Avanesyan da təsdiqləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top