Ağdaş rayon sakini, 1993-cü il təvəllüdlü Pərvin Rəsulov yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Pərvin Rəsulov 2004-cü il təvəllüdlü Fəridənin razılığı əsasında 2019-cu ildən 2020-ci ilədək yaşadığı Ağdaş rayonu Orta Ləki kəndində yerləşən evində ailə qurmaq məqsədi ilə mütəmadi olaraq təkrarən cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Pərvin Rəsulovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Pərvin Rəsulovun barəsində olan cinayət işi baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nizam Əliyevin sədrliyi ilə araşdırılıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərvin Rəsulov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2018-ci ildə Ağdaş şəhərində H.Əliyev adına parkda olan zaman orada Fəridəni görüb: “Fəridədən xoşum gəldi. Onun harada yaşaması ilə maraqlandım. Bu zaman onun Ağdaş rayonu Pirəyir kəndində yaşadığını bildim. Bundan sonra bu barədə ailəmə məlumat verdim. Ailəm bir neçə dəfə Fəridə üçün elçi getdi. Fəridənin atasının rəhmətə getdiyi, anasının isə onu ataraq getdiyi, ona xalası baxdığı məlum oldu. Xalası əvvəlcə evlənməyimizə razı olmadı. Lakin sonradan razılıq verdi”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bundan sonra Fəridə ilə nişanlanıblar: “Daha sonra Fəridəyə xalası həyətində qız toyu etdi. Bizim evinin həyətində, Orta Ləki kəndində oğlan toyumuz oldu. Təxminən 20-30 adam toyda iştirak etdi. Həmin gün gecə evdə Fəridə ilə ilk dəfə cinsi əlaqədə olduq. Onun bakirəliyi tərəfimdən pozuldu. Həmin gündən sonra mütəmadi olaraq ər arvad kimi yaşadıq”.
Pərvin Rəsulov qeyd edib ki, 2021-ci ildə oğlan övladları olub: “Fəridə ilə cinsi əlaqədə olan zaman onun 16 yaşının tamam olmadığını bilmişəm. Fəridənin mənimlə evlənməsi üçün və cinsi əlaqədə olmağımız üçün heç kəs məcbur etməyib”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Fəridə bildirib ki, atası rəhmətə gedib, anası ondan ayrı yaşayıb: “Anam məni atdığı üçün onu ana kimi qəbul etmədim. Bu səbəbdən mənə xalam baxıb. Xalamı ana kimi qəbul etdim. Xalamın himayəsində yaşadım”.
Fəridənin sözlərinə görə, 2019-cu ildə Ağdaş rayonu Orta Ləki kənd sakini Pərvin ilə ailə qurub: “Pərvinlə bir-birimizi sevdik. Sonra Pərvinin ailəsi mənə elçi gəldi. Yaşım az olduğu üçün xalam vermək istəmədi. Sonradan xalam bizim evlənməyimizə razı oldu”.
Fəridə qeyd edib ki, 2019-cu ildə nişanları olub: “Daha sonra xalam mənə öz həyətində qız toyu etdi. Pərvinin yaşadığı evin həyətində isə oğlan toyu oldu. Həmin gün gecə Pərvinlə yaşadığı evdə könüllü olaraq cinsi əlaqədə oldum. Bakirəliyim Pərvin tərəfindən həmin gün pozuldu. Sonra ailə kimi bir yerdə yaşadıq və ər-arvad münasibətlərində olduq. 2021-ci ildə oğlan övladımız dünyaya gəldi. Pərvinlə evlənmək və onunla cinsi əlaqədə olmaq üçün heç kəs mənə məcbur etmədi”.
Məhkəmənin hökmü ilə Pərvin Rəsulovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il şərti cəza təyin olunub.
Fariz Məlikli
Demokrat.az