Peyvənd olunanların sayı açıqlandı

SOSİAL 31 may 2021, 21:13
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 407 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 180, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 227 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 253 216, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 352 958, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 900 258 təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top