Ermənistan artıq yeni nəqliyyat dəhlizinin açılmasından geri addım ata bilməz — AÇIQLAMA

GÜNDƏM 31 may 2021, 17:57
"Azərbaycanın dövlət başçısı İlham Əliyev, Rusiya  Federasiyasının prezidenti və Ermənistanın baş naziri tərəfindən 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanması bir tərəfdən Ermənistanın kapituliyasının, digər tərəfdən isə regionda tamamilə yeni əməkdaşlıq formatının yaradılmasını təsdiq etdi".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Zəngəzur dəhlizinin açılması ilə bağlı danışarkən bildirib. 

O, deyib ki, Ermənistan artıq yeni nəqliyyat dəhlizinin açılmasından geri addım ata bilməz:

"Əlbəttə, bu sırada ən mühüm addımlardan biri yeni nəqliyyat infrastrukturunun formalaşması və Zəngəzur dəhlizinin açılmasını qeyd etmək olar. Azərbaycan prezidenti İlham Əliyev öz çıxış və müsahibələrində dəfələrlə bu dəhlizin tək ölkəmiz üçün yox, bütün region dövlətləri üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Zaman-zaman ermənilər tərəfindən bu dəhlizlə bağlı səsləndirilən cəfəng fikirlər yalnız daxili auditoriya üçün hesablanıb və daha çox seçkiqabağı təbliğat kontekstində dəyərləndirilməlidir. Cənab prezident vurğuladığı kimi ermənilər istəsə də, istəməsə də bu dəhliz açılacaq. Dəhlizin açılması hüquqi sənədlə öz təsdiqini tapıb və Ermənistan da bu təsdiqdə iştirak edib".
Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top