Çin mediası Azərbaycan Demokratik Respublikasından yazdı


DİASPOR 30 may 2021, 16:22
Pekin Xarici Dillər Universitetinin Asiya-Afrika fakültəsinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyevin təşəbbüsü ilə Çinin https://mp.weixin.qq.com saytında 28 may – Respublika Gününə həsr olunmuş "Əzab və Şöhrət: Azərbaycan Demokratik Respublikasının tarixi" sərlövhəli məqalə yayımlanıb.

Demokrat.az xəbər verir ki, Pekin Universitetinin nəzdindəki Asiya Kollecinin Azərbaycan dili fakultəsinin tələbəsi Lu Sinin qələmə aldığı məqalədə ölkəmizin dövlətçilik tarixində baş vermiş mühüm hadisəni şərtləndirən ictimai-siyasi proseslər, Cümhuriyyət qurucuları, ADR-in yaranması, fəaliyyəti, həyata keçirdiyi siyasi-iqtisadi və humanitar islahatlar, əldə etdiyi nailiyyətlər və süqutu barədə müfəssəl məlumat verilib.
  
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://mp.weixin.qq.com/s/4JuqeLeGyKaNx49g9OI4Zw
 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top