Tanınmış şair koronavirusdan vəfat etdi — FOTO

MƏDƏNİYYƏT 30 may 2021, 11:39
Şair Əziz Musa ötən gecə koronavirusdan dünyasını dəyişib.

Demokrat.az
"Yeni Sabah"a istinadən xəbər verir ki, bu barədə mərhumun qohumları məlumat verib.

Xatırladaq ki, əslən Cəbrayıl rayonundan olan Əziz Musa "İlham Çeşməsi” qəzetinin baş redaktoru idi. O, həm də pedaqoji fəaliyyətlə məşğul idi. Uzun illər məktəb direktoru işləmişdi.

Tamaşaçılar Əziz Musanı həm də sosial problemlərin müzakirə olunduğu televiziya proqramlarından tanıyırlar. O, tez-tez sərt, obyektiv fikirləri ilə gündəmə gəlirdi.

Allah rəhmət eləsin!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top