Müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələri açıqlandı

SOSİAL 27 may 2021, 22:45
2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron yerləşdirmə mərhələsinin nəticələri elan olunub.

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən Demokrat.az-a verilən məlumata görə, 5 may tarixindən etibarən start verilən müsabiqənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Elektron yerləşdirmə zamanı 1841 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan namizədlər şəxsi səhifələrinə müvafiq sənədləri yüklədikdən sonra sənədlərin yoxlanılması prosesi həyata keçiriləcək. Müsabiqə iştirakçılarına sənədləri şəxsi səhifələrinə yükləyərkən diqqətli olmaq tövsiyə edilir.

Qeyd edək ki, müəllimlərin yerdəyişməsi müsabiqəsinin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top