Büdcənin icrası haqqında qanun layihəsi Milli Məclisdə müzakirə edilir

DAXİLİ SİYASƏT 27 may 2021, 12:01
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarılıb.

Demokrat.az xəbər verir ki, sənədi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.

Daha sonra qanun layihəsi barədə deputatlar çıxış edəcəklər.

İclasda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da iştirak edir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top