Salyanda ağır yol qəzası — bir ailənin 4 üzvü yaralandı

HADİSƏ 26 may 2021, 23:40
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yol qəzası zamanı bir ailənin dörd üzvü - Neftçala rayonunun Muğanqışlaq kənd sakini, 1971-ci il təvəllüdlü Orucova Sədaqət Şamil qızı, onun Lənkəranda yaşayan qızı və nəvələri, 1995-ci il təvəllüdlü Orucova Aybəniz Elman qızı, 2015-ci il təvəllüdlü Oruczadə Şükufə Əliqəm qızı, 2017-ci il təvəllüdlü Oruclu Səid Əliqəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top