Bayden Putinlə nələri müzakirə edəcək?

DÜNYA 26 may 2021, 00:42
ABŞ Prezidenti Co Baydenlə rusiyalı həmkarı Vladimir Putin strateji sabitlik, Ukrayna və Belarusla bağlı məsələləri müzakirə edəcəklər.

Modern.az “RİA Novosti”yə isitnadən xəbər verir ki, bu barəd Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib.

“Strateji sabitliyə geniş vaxt ayıracaqlarını gözləyirik. Bu, silahlanma üzərində nəzarət məsələsini də ehtiva edir. Bundan başqa, Bayden Ukrayna mövzusunu gündəmə gətirəcək və ABŞ-ın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini qeyd edəcək”, - deyə Psaki qeyd edib.

Ağ Ev rəsmisinin sözlərinə görə qarşıdakı həftələr ərzində də yeni mövzular meydana çıxa bilər.

Qeyd edək ki, Baydenlə Putinin görüşü iyunun 16-da Cenevrədə baş tutacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top