Yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb edən qadının istintaqı başa çatdı

KRİMİNAL 25 may 2021, 15:40
Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etməkdə ittiham olunan Sədaqət Əhmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Famil Nəsibovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, Sədaqət Əhmədova bir qrup şəxsin şikayəti əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 171.1-ci (yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə 8 qız zərərçəkmiş şəxs qismində tanınıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top