Azərbaycanda karantin rejimi yumşaldılır

SOSİAL 25 may 2021, 10:48
"Bir həftə sonra Azərbaycanda xüsusi karantin müddəti başa çatır. Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə bir neçə dəfə ölkə ərazisində xüsusi karantin rejiminin müddətini uzadılması barədə qərar qəbul olunub. Son günlər yoluxma sayında azalmaların müşahidə edildiyini nəzərə alsaq gələn aydan yumşaldılmaların olacağı istisna edilmir".

Demokrat.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, mövcud vəziyyətə uyğun olaraq karantin tədbirlərinin yumşaldılması və bütövlükdə real sektordakı məhdudiyyətlərin bir qisminin aradan qaldırılması məqsədəuyğun olardı: "Yaz aylarında Azərbaycanda sərt karantin tətbiq olunmadan yoluxma sayını lokallaşdırmaq mümkün oldu. Etiraf edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah son aylar bu istiqamətdə təqdirəlayiq fəaliyyət həyata keçirdi. Yoluxma sayının azalması və epidemioloji vəziyyətin uyğun olması yeni qərarların qəbul edilməsini istisna etmir. Bu kontekstdə biz təklif edirik ki, turizm mövsümünün yaxınlaşmasını nəzərə alsaq, Azərbaycana gəlişlə bağlı qaydaların yumşaldılması məqsədəuyğun olardı. Hazırda Azərbaycana gəlməklə bağlı xüsusi qaydalar qüvvədədir. Bu baxımdan daha məqsədəuyğun olardı, seçilmiş ölkələrdən müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilsin. Digər tərəfdən, AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayışı tələb edir. Son aylar reyslərin sayının az olduğunu nəzərə aldıqda tranzit uçuş edən sərnişlər üçün bu bəzi hallarda çətinlik yaradır. O baxımdan, bir sıra digər ölkələrdə olduğu kimi bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur. İqtisadiyyatda digər istiqamətlərdə də məhdudiyyətlərin yumaşladımasının mərhələli şəkildə həyata keçirilməsi məqsədəuyğun olardı. Uzun müddət müakirə olunan məsələlərdən biri də toyların keçirilməsinə icazə verilməsi və idman zallarının fəaliyyətə başlaması ilə bağlıdır. Fikrimcə, xüsusi qaydalar hazırlayıb tətbiq etməklə bu istiqamətdə yumşaldılmaya gedilməsi doğru olardı".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top