İntihara cəhd edən qadın xəstəxanada öldü

HADİSƏ 25 may 2021, 09:35
Saatlı rayonunda intihar etməyə cəhd göstərən qadın xəstəxanada keçinib.

“Report”un Aran bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, Bəkirova Aynurə Salman qızının həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Saatlı rayonunun Nəsimikənd kənd sakini, 1990-cı il təvəllüdlü Bəkirova Aynurə Salman qızı iki gün bundan əvvəl yaşadığı evin həyətindəki yarımtikilidə özünü iplə asaraq intihara cəhd edib. Saatlı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində yerləşdirilən qadın koma vəziyyətində idi.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top