Azərbaycan avrokuboklara bu komandalarla qatılır

İDMAN 24 may 2021, 21:56
Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün iştirakçılar müəyyənləşib.

Demokrat.az xəbər verir ki, bu, Azərbaycan kubokunun final matçından sonra dəqiqləşib. "Keşlə" həlledici matçda "Sumqayıt"a 2:1 hesabı ilə qalib gələrək Konfrans Liqasına (KL) vəsiqəni təmin edib.

Bundan əvvəl Premyer Liqanın qalibi "Neftçi"nin Çempionlar Liqasında, 2-ci "Qarabağ" və 3-cü olan "Sumqayıt"ın Konfrans Liqasında iştirak edəcəyi dəqiqləşmişdi.

Qeyd edək ki, ÇL-də 1-ci təsnifat mərhələsinin  ilk matçları 6-7 iyul, cavab görüşləri 12-14 iyul tarixlərində keçiriləcək. KL-ə isə iyulun 8-i birinci mərhələnin oyunları ilə start veriləcək. 2-ci mərhələdən yarışa başlayacaq Azərbaycan klublarının ilk oyunları 22 və 29 iyulda olacaq.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top