Ermənilər çıxış yolunu Paşinyanı dəli kimi təqdim etməkdə görürlər

TƏHLİL 23 may 2021, 17:58
Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın son növbədənkənar parlament iclasında “beynəlxalq səviyyədə tanınmış sərhədlər” əsasında torpaqların güzəştindən danışması, onsuz da qarşışıq olan Ermənistanı qarışdırıb. Erməni siyasətçiləri çətin situasiya qarşısında qaldıqlarını etiraf edir və sovet xəritələrindən imtina etməyin vacibliyini bildirirlər. Sovet dövrü xəritələrindən imtinanı onunla əsaslandırmaq istəyirlər ki, müttəfiq respublikaların ərazisi dövlət ərazisi deyil, inzibati-ərazi bölgüsüdür, ona görə qəbuledilməzdir. Amma, BMT tərəfindən tanınmış ərazilərin hüquqi tərəfinin güclü olduğunu etiraf edib, başqa çıxış yolları axtarırlar.
 
Erməni hüquqşünasları belə bir qənaətə gəldiklərini mətbuata bu cür izah ediblər:“Paşinyanın  beynəlxalq səviyyədə tanınmış sərhədlər ifadəsini zərərsizləşdirmək mümkündürmü? Əslində, mümkündür, əgər üç məqamdan biri sübut edilərsə:
 
1. Təzyiq və ya güc tətbiqi təhdidi olub, buna görə Paşinyan belə danışır.
2. Nikol Paşinyan dəli olub, öz hərəkətlərinə cavab vermək iqtidarında deyil.
3. Paşinyan cinayətkardır və ya xaindir.
 
Beynəlxalq hüquq baxımından yalnız bu üç "əsaslandırma" mövcuddur. Texniki cəhətdən, çox güman ki, ilk variantı sübut etmək olduqca mümkündür”.
 
Erməni siyasilər anklav torpaqların azad edilməsini qeyri-mümkün hesab edirlər və özlərinə sual verirlər: “Nə etməli?
 
Əgər Ermənistanın indi müdafiə potensialı yoxdursa və Sovet sərhədlərinə çəkilmək məcburiyyətində qalırsa, onda səlahiyyətlilər ən azından bunu yalnız bölgədə sülhü və təhlükəsizliyi qorumaq üçün etdiklərini bildirməlidirlər.
 
Ancaq heç bir halda İrəvan heç bir ərazidə Azərbaycanın haqqını tanımamalıdır. Nəticə olaraq, delimitasiya və demarkasiya işləri gələcəkdə aparılmalıdır”.
 
 Sovet sərhədlərini tanımaqla Dağlıq Qarabağın da Azərbaycan ərazisi olduğunu təsdiqləmiş olacaqlarını deyən erməni hüquqşünaslar, göründüyü kimi məsələni uzatmaq təklifi ilə çıxış edirlər. Paşinyanın dəli, hərəkətlərinə cavab verə bilməyən biri kimi təqdim olunub, olmamasından asılı olmayaraq, ( ermənilər hər yola baş vurmağa hazırdırlar, hətta Paşinyan özünü dəli kimi də göstərə bilər) problemin həllində Azərbaycanın qısa yolu Xankəndindən keçir. Biz Qarabağda suverenliyimizi bərpa etdikdən sonra, sərhəd demarkasiya və delimitasiya işləri sürətlə gedəcək.
 
Moderator.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top