Azərbaycanafobiya Ermənistanda hakimiyyətə gəlmək üçün təbliğat üsuluna çevrilib — VİDEO

DÜNYA 23 may 2021, 11:56
Ermənistanda hakimiyyət uğrunda mübarizə aparanlar hələ də sağlam düşüncə ilə çıxış etməyi bacarmırlar. Bu gün də Azərbaycanofobiya Ermənistanda siyasi hakimiyyətə gəlmək üçün bir təbliğat üsuluna çevrilib. Siyasi şərhçilər bildirirlər ki, bu addımlar Ermənistanı indikindən də daha mürəkkəb bir vəziyyətə gətirəcək.

Ermənistanda hakimiyyətə gəlmək istəyənlər Azərbaycanofobiyanı özlərinə təbliğat istiqaməti seçiblər.

Millət vəkili Cavid Osmanov deyir ki, Ermənistanda hakimiyyət uğrunda mübarizə aparanlar hələ də sağlam düşüncə ilə çıxış etməyi bacarmırlar. Ermənistanda Azərbaycanofobiya uzun illər, hətta işğaldan əvəlki dövrlərdə də aşılanıb. Hazırda da bu addım Ermənistanda siyasi hakimiyyətə gəlmək üçün bir ritorikaya və istiqamətə çevrilib. İyunda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ərəfəsində də revanşist ritorika və Azərbaycanafobiya erməni siyasi qüvvələrin ən çox istifadə etdiyi amillərdir. Bu addımların Ermənistanı indikindən də daha mürəkkəb bir vəziyyətə gətirib çıxaracağına isə heç kəsdə şübhə yoxdur.

Cavid Osmanov bildirir ki, hər zaman olduğu kimi, Vətən Müharibəsi bitəndən dərhal sonra da Azərbaycan tərəfi bölgədə sülhün, əmin-amanlığın və qarşılıqlı əməkdaşlığın tərəfdarı olduğunu, yeni əməkdaşlıq platformaları təqdim etdiyini göstərdi. 

Cavid Osmanov vurğulayır ki, bütün bunların qarşılığında Ermənistan Azərbaycandan başqa hamıya təşəkkür etdi. Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçılıq və terrorçuluq fəaliyyəti onu dalan ölkəyə çevirib və bütün layihələrdən kənarda qalıb. Ermənistnın bu gün təşəkkür edəcəyi və dalandan çıxmaq üçün müraciət edəcəyi tək ölkə də məhz Azərbaycandır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top