BMT elçisi: "Liviyadakı muzdlular region üçün təhlükədir"

DÜNYA 22 may 2021, 23:27
"Liviyada olan muzdluların və əcnəbi döyüşçülərin ölkədən çıxarılmasında yubanma yaranıb. Bu da nəinki ölkə, bütün Şimali Afrika üçün təhlükə deməkdir".

“Report” “Aljazeera”ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Liviya üzrə elçisi Yan Kubis Təhlükəsizlik Şurasına müraciətində bildirib.

Diplomat qonşu Çad Respublikasında Prezident İdris Debinin üsyançılar tərəfindən öldürülməsindən narahatlığını qeyd edərək bunu Liviyadakı təhlükəsizliklə bağlı vəziyyətlə əlaqələndirib.

“Silahlı dəstələrin və terrorçuların, amma daha çox iqtisadi köçkünlərin və qaçqınların xüsusilə də mütəşəkkil kriminal şəbəkələrin idarə etdiyi kanallar vasitəsilə nəzarətsiz sərhədlər üzərindən böyük hərəkatı Liviyada və bütün regionda sabitsizlik, arxayınsızlıq riskini daha da artırır”, – diplomat vurğulayıb.

Xatırladaq ki, Liviyaya uzun illər rəhbərlik etmiş Müəmmər Qəddafinin 2011-ci ildə qiyam nəticəsində devrilməsindən sonra ölkədə baş verən hakimiyyət boşluğu və ixtilaflar daxili müharibəyə gətirib çıxarıb.

2019-cu ilin aprel ayında BMT-nin tanıdığı mərkəzi hökumətlə ölkənin şərq bölgəsinə nəzarət edən, Misir və BƏƏ tərəfindən dəstəklənən səhra komandiri Xəlifə Həftər arasında hərbi əməliyyatlar başlayıb, Türkiyənin müdaxiləsi ilə başa çataraq 2020-ci ilin oktyabr ayında atəşkəs imzalanıb və mart ayında qüvvəyə minib. Bu il dekabrın 24-də prezident və parlament seçkilər keçirilməsi nəzərdə tutulur.

Aprel ayının sonuna olan vəziyyətə görə, Liviyada hələ də 13 min suriyalı və 11 min sudanlı muzdlu, həmçinin başqa ölkələrdən də muzdlu döyüşçülər qalır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top