Rasim Balayev: “Basılmışıq evə, elə bil türmədəyik”

MƏDƏNİYYƏT 21 may 2021, 22:26
“Bir yandan pandemiya, oturmuşuq evdə, elə bil türmədəyik, bir yandan da xəstəlik. Hələ də səhhətimdəki problemlər aradan qalxmır. Nə qədər evdə oturmaq olar axı. Arada dükana gedib qayıdıram. Başımı filmlərə baxmaqla qarışdırıram. Öz filmlərimizə də yox, xarici filmlərə baxıram”.

Demokrat.az bildirir ki, bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış aktyor Rasim Balayevə deyib.

İllərin sənətkarı yaradacılıqdan ayrı düşdüyünə görə xiffət çəkdiyini də bildirib:

“Kino yox, çəkiliş yox. İndi normal kino çəkən də yoxdur. Heç gümanım da gəlmir ki, indən belə nəsə olsun. O potensial da yoxdur adamda. İnsanın ruhu, həvəsi də qalmayıb. Belə bir zamanda adamda ruh qalar? Kinosuz da çətindir mənə. Hər filmə də çəkilmirəm, dəvətlər olsa da. Pandemiya bitsəydi, rahat nəfəs alardıq”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top