“Bizdən ərazi qoparmaq istəyənlərin dişlərini qarnına tökərik” — Putin hədələdi

DÜNYA 20 may 2021, 20:25
“Rusiya onun ərazinə müdaxilə etmək istənlərə sərt cavab verəcək”. 

Demokrat.az bildirir ki,bu sözləri Rusiya prezidenti Putin “Qələbə” komitəsinin iclasında çıxışı zamanı deyib.

“Hamı bizi “dişləməyə”, nəsə qoparmağa cəhd edir. Onlar bilməlidirlər: Belələrinin dişlərini qarınlarına tökərik. Bunun təminatı da silahlı qüvvələrdir“-deyə Putin vurğulayıb.
Putin qeyd edib ki, Rusiya bununla yanaşı iqtisadiyyatın hərbiləşdirilməsi yolu ilə getmir. O bildirib ki, bu müdafiə xərclərinə 42 milyard dollar ayırıblar. ABŞ-da isə bu 770 milyard dollardır.

Prezidentin sözlərinə görə, ölkə güclü olmağa başlayan kimi onun opponentləri bu inkişafı məhdudlaşdıran səbəblər axtarıb tapırlar./Azpost.info

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top